2026-cı il futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Kot-d'İvuar və Norveç milli komandaları qarşılaşacaq. Komandalar oyunun start heyətlərini açıqlayıblar.
Norveç millisinin əsas heyətində İngiltərənin "Mançester Siti" klubunun ulduz hücumçusu Erlinq Holand ilk dəqiqələrdən meydana çıxacaq.
Kot-d'İvuarın start heyəti: Fofana, Konan, Kossunu, Due, Aqbadu, Kessiye, Sanqare, Ulai, Bonni, Diomande, Pepe.
Norveçin start heyəti: Nyland, Ayer, Volfe, Pedersen, Heqqem, Berq, Berge, Edeqor, Serlot, Holand, Nusa.
Qarşılaşma ABŞ-ın Arlinqton şəhərində yerləşən "AT&T Stadium"da keçiriləcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.
Kot-d'İvuar E qrupunu ikinci pillədə başa vuraraq pley-offa yüksəlib. Norveç isə I qrupunda Fransadan sonra ikinci yeri tutaraq 1/16 finala vəsiqə qazanıb.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.