Bu gün Bakıda 17 yaşadək (U-17) güləşçilər arasında dünya çempionatı start götürür.
İyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında keçiriləcək çempionat son 20 ilin ən yüksək iştirakçı sayına görə rekord göstərici ilə yadda qalacaq.
Yarışlarda ümumilikdə 675 güləşçi iştirak edəcək. Onlardan 242-si yunan-Roma, 242-si sərbəst, 191-i isə qadın güləşi üzrə mübarizə aparacaq. Bundan əlavə, çempionatda 272 məşqçi və beynəlxalq dərəcəli 64 hakim fəaliyyət göstərəcək.
Bir həftə davam edəcək mundialda dünyanın müxtəlif ölkələrindən gələn gənc idmançılar yunan-Roma, sərbəst və qadın güləşi növlərində medal uğrunda mübarizə aparacaqlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.