Lionel Messi İspaniya Kralı və Kraliçası ilə görüşəcək

Dünya futbolunun ulduzu Lionel Messi İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə keçiriləcək rəsmi şam yeməyinə dəvət alıb.
Xarici KİV-in yaydığı məlumata görə, “İnter Mayami”nin hücumçusu bu gün axşam İspaniyanın Ovyedo şəhərindəki Campoamor Teatrında təşkil olunacaq təntənəli mərasimdə iştirak edəcək.
Argentinalı futbolçu idman sahəsindəki böyük uğurlarına və xeyriyyəçilik fəaliyyətinə görə 2026-cı il “Asturiya Şahzadəsi” mükafatı ilə təltif olunacaq.
Məlumata əsasən, tədbirdən sonra Messi MLS-də növbəti oyunda iştirak etmək üçün ABŞ-yə qayıdacaq. Futbolçunun Nyu-Yorka yollanacağı gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.