Azərbaycan – Çili oyunu saat 11:30-da başlayacaq

Azərbaycanın U-15 millisi Bakıda keçirilən dünya çempionatı və festivalı çərçivəsində bu gün növbəti görüşünə çıxacaq.
Famil Xəlilovun baş məşqçisi olduğu komanda C Divizionunun 1/16 final mərhələsində Çili yığması ilə qarşılaşacaq.
Hövsan Yarış Kompleksinin 7B stadionunda təşkil olunacaq matçın start fiti saat 11:30-da səslənəcək.
Bu görüşün qalibi növbəti mərhələdə Belarus – Cəbəllütariq cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komandalar isə turnirdə növbəti oyunlarını bir-birinə qarşı keçirəcəklər.
Azərbaycan millisi AF qrupunda üçüncü yeri tutduğu üçün C Divizionunda mübarizə aparır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.