“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” (AYNA) tərəfindən keçirilən və 13,8 milyon manata yaxın ehtimal olunan qiyməti olan tenderin qalibi müəyyənləşib.
Agentliyin “fəaliyyət istiqamətləri üzrə mövcud informasiya sistemlərinin təkmilləşdirilməsi və texniki dəstək xidmətinin göstərilməsi” ilə bağlı elan etdiyi müsabiqəni “AZ SOFTVARE SYSTEM” MMC qazanıb.
2026/AT/03218/V2 nömrəli müsabiqə üzrə satınalmanın ehtimal olunan qiyməti 13 milyon 829 min 900,22 manat müəyyən edilib. Qalib şirkətin təklifinin məbləği isə 13 milyon 399 min 83,89 manat təşkil edib.
Beləliklə, “AZ SOFTVARE SYSTEM” MMC-nin təklifi satınalmanın ehtimal olunan qiymətindən 430 min 816,33 manat aşağı olub.
Satınalma “Sistem və sistem komponentlərinin idarə olunması xidmətləri” təsnifat kodu üzrə həyata keçirilib.
Müsabiqə 30 iyun 2026-cı ildə elan olunub, 11 avqustda şərtlərə dəyişiklik edilib. Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi 18 avqust 2026-cı il saat 17:50 müəyyənləşdirilib.
Tenderin predmetinə AYNA-nın fəaliyyət istiqamətləri çərçivəsində istifadə olunan mövcud informasiya sistemlərinin təkmilləşdirilməsi və onların texniki dəstəklə təmin edilməsi daxildir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.