Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təminatı məqsədilə “Məşğulluq marafonu”na start verildi.
Bu barədə Azadmedia.az-a DMA-nın Strateji kommunikasiya departamentinin müdiri Mayis Musayev məlumat verib. Dövlət Məşğulluq Agentliyi işəgötürənləri bu sosial məsuliyyət kampaniyasında fəal iştirak etməyə çağırır.
Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olmağa səsləyən DMA sözçüsü qeyd etdi ki, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və bu müharibədə yaralanmış qəhrəmanlarımızın məşğulluğuna dəstək olmaq istəyən işəgötürənlər bu məqsədlə mövcud və ya yeni yaradılmış vakansiyaları barədə məlumatları aşağıdakı linkə daxil olub forma vasitəsilə qeyd edərək layihəyə müraciət edə bilərlər.
Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!
Daha ətraflı: https://www.dma.gov.az/layiheler/mesgulluq-marafonu
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.