AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa İttifaqı rayonlarda sahibkarlara dəstək verir - Kürdəmir turundan TƏƏSSÜRATLAR

  • + A
  • - A
  • 17-12-2022, 22:26

    Avropa İttifaqı rayonlarda sahibkarlara dəstək verir - Kürdəmir turundan TƏƏSSÜRATLAR

    Kürdəmir rayonu adı gələndə həmişə yadımıza isti iqlimi ilə bağlı zarafatlar düşür. Rayona səfərim zamanı Kürdəmirdə görülən işlərlə tanış olduqda, Kürdəmirin həm də kənd təsərrüfatının inkişafı üçün əlverişli rayon olduğunun şahidi oldum.
    Kürdəmirdə Avropa İttifaqının(Aİ) Azərbaycan nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin, media nümayəndələrinin, fermerlərin və RİH başçısının iştirakı ilə tədbir keçirildi. Avropa İttifaqının(Aİ) Azərbaycan nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Boykov qeyd etdi ki, Avropa İttifaqının maliyyələşdirdiyi “Narçılıq dəyər zəncirində üstün keyfiyyətin əldə edilməsi və dəyişikliklərə dəstək” (STEP) layihəsi çərçivəsində Azərbaycanın Aran bölgəsinin 4 rayonunda 83 hektar nar bağı salınıb.
    Layihə ilə bağlı Ucar, Göyçay, Kürdəmir, Hacıqabul, Saatlı, Sabirabad və İmişli rayonlarında 100-dən çox icmadan 2120 kiçik nar istehsalçısı intensiv kənd təsərrüfatı təlimləri və sahə məsləhət xidmətləri nəticəsində məhsuldarlığın artırılmasına nail olunub. 1400 fermerə 10 müxtəlif mövzular üzrə təlimlər keçirilib.
    İşçilər bazarlara və xidmətlərə daha yaxşı çıxış imkanından faydalanıblar: 388 hektar sahədə təsərrüfatlarda zərərvericilərə qarşı bioloji mübarizə üsullarından uğurla istifadə olunub və bununla da kimyəvi üsullardan istifadənin həcmi azalıb.

    Həmçinin, Göyçay və Kürdəmir rayonlarında 65 yerli turist ailəsinə aqroturizm xidməti göstərə bilən 5 kiçik sahibkara aqroturizmdən alternativ gəlir əldə etmək imkanı yaradılıb, yerli və əcnəbi turistlər üçün yaradılmış 5 aqroturizm məkanı istifadəyə verilib. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTIS) vasitəsilə torpaqlarını qeydiyyata almaq və kənd təsərrüfatı subsidiyasını təmin edən fermer kartını almaq üçün 312 nəfər narçı fermer Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) ilə əlaqələndirilib.

    Viktor Boykov qarşıdakı illərdə “"İqlim dəyişmələrində müqavimət gücünün artırılması" ilə bağlı layihənin daha bir neçə bölgədə həyata keçiriləcəyinin planlaşdırıldığını qeyd edib. Fürsətdən istifadə edib Boykovu Salyana fermerlərə dəstək olmağa səslədim. Qeyd etdi ki, gələcək layihələrində nəzərə alacaq.
    Qısa təqdimatdan sonra Viktor Boykov, Azərbaycan Nar İstehsalçları və İxracatçıları Assosiasiyasının rəhbəri Fərhad Qaraşov və Kürdəmir İcra Hakimimiyyətinin başçısı Elxan İbrahımovun birgə iştirakı ilə Kürdəmirin Muğanlı kəndində yaradılmış mini nar şirəsi istehsalı zavodunun açılışı oldu.

    Gündəlik istehsal gücü minimum 500 ədəd pasterizə edilmiş 1 litrlik nar şirəsi butulkası istehsal edən emal müəssisəsi barədə jurnalistlərə geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən emal müəssisəsinin qanuni fəaliyyət göstərməsi üçün rəsmi icazə verilib və müvafiq institut tərəfindən ISO sertifikatı alınıb. Narlar yuyuldu, qabıqdan ayrıldı, sonra şjrə halına gətirildi. Emal prosesini izləyəndə öyrəndik ki, nar şirəsi istehsal ediləndə qaynar olur.

    “STEP” layihəsi çərçivəsində dəstək görən və layihənin benefisiarlarından biri olan Saaatlı rayonu Mustafabəyli kəndində 4 hektarlıq nar bağının sahibi Vüqar Xəlilovla tanış olduq. Vüqar Mustafabəyli qeyd edib ki, 2020-ci illə müqayisədə 2021-2022-ci illərdə nəzərəçarpan dərəcədə, hər hektara 6 tondan 9-11 tonadadək məhsuldarlıq artıb. Məhsulu fəhlələrə yığdırdığını deyən V.Xəlilov məlum Rusiya-Ukrayna müharibəsinin onların məhsullarının Rusiya bazarlarına daşınmasında problem yaratdlğını bildirdi, fürsətdən istifadə edib media işçilərindən priblemlərinin Kənd Təsərrüfatı nazirliyinə çatdırılmasını xahiş etdi. İnanırıq ki, bütün fetmerlərin məhsul satışında yaranan problemlərin həllinə dəstək göstəriləcək.

    Kürdəmir rayon İH-nin müavinini də fürsətdən istifadə edib sual atəşinə tutdum.
    RİH-Başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Kərimli Ağaəli müəllimdən əhalisinin dolanışığı kənd təsərrüfatı məhsulları becərilməsi və heyvandarlıqdan ibarət olan Kürdəmir əhalisinin ən böyük probleminin əkin sahələrinin suvarılması üçün su qıtlığı olduğunu öyrəndik. Kürdəmirdə tarixi ərazilər mövcuddur, turizmin inkafı üçün tarixi tikililərin bərpaya ehtiyacı var. Məsələni Dövlət Turizm Agentliyinin diqqətinə çatdıracağam və inanıram ki, tezliklə Kürdəmir adı gələndə aqroiqtisadiyyatı inkişaf etmiş, eyni zamanda maraqlı ekoturizm mərkəzi canlanacaq gözümüz önündə.
    Elnurə Abuşova


















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR