AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb

  • + A
  • - A
  • 15-11-2024, 18:33

    Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb

    Noyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Tanzaniya Birləşmiş Respublikası Milli Assambleyasının spikeri, Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson ilə görüşüb.
    BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Parlamentlərarası İttifaq(PAİ) və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşündə iştirak etmək üçün ölkəmizə səfər edən qonaqla görüşdə Azərbaycan və PAİ arasında əməkdaşlıq, Bakıda keçirilən COP29-un əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
    Qonaq COP29-un yüksək səviyyədə təşkilinə görə məmnunluğunu bildirib. O, qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qonaqlarla ayrıca görüşməsi, onları dinləməsi və göstərilən diqqət yüksək qiymətləndirilir. PAİ prezidenti göstərilən qonaqpərvərliyə görə Azərbaycanın dövlət başçısına təşəkkürünü iifadə edib. Qonaq xüsusilə kiçik ada dövlətlərinin səsinin COP29-da eşidilməsinə şərait yaradıldığı üçün Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
    Görüşdə Azərbaycanın kiçik ada dövlətlərinə göstərdiyi yardımlar, həmçinin ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər haqqında da danışılıb. Qeyd edilib ki, kiçik ada dövlətləri iqlim dəyişikliyinə ən həssas olan ölkələrdir. Bu baxımdan COP29 çərçivəsində İqlim Dəyişikliyi üzrə İnkişaf etməkdə olan Kiçik Adalar Dövlətlərinin Liderlər Zirvəsinin keçirilməsi, Prezident İlham Əliyevin sammitdə iştirakı, oradakı əhatəli nitqi və bu dövlətlərə verdiyi dəstək mühüm əhəmiyyətə malikdir.
    Söhbət zamanı Sahibə Qafarova qonağa noyabrın 16-17-də Milli Məclisin Parlamentlərarası İttifaq ilə birlikdə COP29 çərçivəsində təşkil edəcəyi Parlament Görüşü haqqında da məlumat verib. Qeyd olunub ki, iclasda müxtəlif ölkələrin parlamentlərindən və beynəxlaq təşkilatlardan 330-dək nümayəndə iştirak edəcək.
    Qonaq Azərbaycanın COP29 sədrliyinin uğurlu olacağına, bu çərçivədə görülən işlərin öz bəhrəsini verəcəyinə inamını ifadə edib.
    Görüşdə Azərbaycan Respublikasının Milli Məclisi ilə Tanzaniya Birləşmiş Respublikası Milli Assambleyası arasında əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb.
    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR