AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Fransanın verdiyi ziyanlardan çox əziyyət çəkirik” - Yeni Kaledoniyalı qonaq

  • + A
  • - A
  • 15-11-2024, 15:27

    “Fransanın verdiyi ziyanlardan çox əziyyət çəkirik” - Yeni Kaledoniyalı qonaq

    “Fransanın COP29-da iştirak etməməsi təssüf doğurur. Bir kanalizator ölkə kimi Fransanın burada iştirakı çox yaxşı olardı. Çünki onların verdiyi ziyanlardan biz daha çox əziyyət çəkirik”.

    Bu sözləri Bizim.Media-ya Fransanın müstəmləkəsi Yeni Kaledoniyadan gələn Vadedeu Jean Albert deyib.

    Bakıdakı Təşəbbüs Qrupuna COP29-a dəvət aldıqlarına görə təşəkkürünü bildirən Albert Yeni Kaledoniyada iqlim dəyişikliklərinin ətrafa vurduğu zərərlərdən söz açıb:

    “COP29-da iştirak etməyimizin əsas səbəbi də elə budur ki, müstəmləkəçilikdən əziyyət çəkən bir xalq olaraq Yeni Kaledoniyada iqlim dəyişikliklərinin ətrafa vurduğu zərərlə bağlı səsimizi qaldıraq. Hər halda bu tədbirdə Fransanın iştirakı ona görə lazım idi ki, burada müzakirə olunan hər bir məsələni dinləyərdilər və biz onlardan izah tələb edərdik.

    Onların istismarının əziyyətini çəkən xalq olaraq Fransadan bu məsələnin nəticələrinin necə aradan qaldırılacağını öyrənmək istərdik. Bizə bu vəziyyətdən çıxmaq üçün necə kömək edəcəklərini bilmək istərdik?”, - deyə Albert qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR