AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yaponiyalı "Dovşan adasında" onlarla heyvanı öldürməkdə şübhəli bilinir

  • + A
  • - A
  • Dünən, 23:58

    Yaponiyalı "Dovşan adasında" onlarla heyvanı öldürməkdə şübhəli bilinir

    Kyodo News xəbər verir ki, 25 yaşlı yapon Riku Hotta heyvanlara qarşı amansızlıqda şübhəli bilinir.
    O, dovşan təpiklədiyi görüləndən dərhal sonra saxlanılıb. Heyvan daha sonra ölüb.
    Hadisə çərşənbə axşamı Xirosima prefekturasındakı Okuno adasının "Dovşan adası" adlanan küçələrindən birində baş verib. Burada 500-ə yaxın yarı vəhşi dovşan yaşayır.

    Noyabrın 26-dan yanvarın 12-dək adada sümükləri sınıq və digər xəsarətləri olan 77 dovşan cəsədi aşkar edilib ki, bu da onların ölümünün qeyri-təbii səbəblərini göstərir.

    Polisin bildirdiyinə görə, Hotta heyvanlara qarşı amansız davranmaqda günahını etiraf edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR