AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sidiyə tez-tez getmənin səbəbləri

  • + A
  • - A
  • 2-04-2025, 12:19

    Sidiyə tez-tez getmənin səbəbləri


    Bir çox insan gün ərzində sidiyə tez-tez getdiyi halda bir qism insanlar gün ərzində çox gec ehtiyac görürlər.


    Bəs bunun hansı doğrudur?


    Hər iki hal doğru hesab edilmir. Belə ki xüsusilə gecələr tualetə tez-tez getmək, yuxu keyfiyyətini aşağı salır, şəxsin narahat hiss etməsinə səbəb olur. Heç getməmək də qidalanma və maye qebulunda problemin olduğundan xəbər verir.

    Normal vəziyyətdə şəxs sutka ərzində 5-6 dəfə sidiyə gedir. Adətən bu səhər və günorta saatları baş verir.

    Əgər sutkada sidik ifrazı 2 litri keçərsə bu düzgün qəbul edilmir və bu baş verənə poluiruya deyilir. Əslində bu hal qorxulu hal hesab edilmir. Tez zamanda müalicə ilə edilir. Gündəlik maye qəbulunu azaltmaqla problemi aradan qaldirmaq mümkündür. Əgər yenə də problem dəyişməz olaraq qalarsa bu, hansısa sağlamlıq probleminin varlığından xəbər verir.
    Qeyd edək ki, bitki çayları, arıqladıcı çaylar, qehve sidik ifrazını artırır.

    Bəs hansı problemlər tez-tez sidiyə getməyə yol açır?

    Yüksək təzyiq
    Kişilərdə prostat vəzi iltihabı
    Sistit
    Sidik yolu infeksiyaları
    Hepatit
    Böyrək xestelikleri
    Diabet
    Ginekoloji problemlər

    Nəzərinizə çatdıraq ki, bəzi dərmanların istifadəsi də bu problemə yol aça bilər. Bu səbəbdən problemlə rastlaşsanız həkiminizlə məsləhətləşməyiniz tövsiyə edilir.
    Əgər bunlarla yanaşı tualetə gedərkən ağrı, yanğı, ürək bulanma, çətin sidik ifrazı və s. hiss edirsinizsə vaxt keçmədən həkiminə bildirməyiniz məsləhətdir.
    Məqalə doktorinfo-nun sosial media hesabından götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR