ArmLur.am-ın məlumatına görə, ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyanın halı pisləşib, o, uzunmüddətli tibbi müayinədən keçib, bir neçə saat sonra İrəvan Tibb Mərkəzində Nairi xəstəxanasını tərk edib.
Bununla bağlı sayta Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan bildirib: “Baş nazirin səhhətinin pisləşməsi ilə bağlı məlumatınız doğru deyil”. Baş nazir Paşinyan hər il mütəmadi olaraq tibbi müayinədən keçir. Ötən həftə növbəti tibbi müayinə keçirilib. “Baş nazir sağlamdır, tam qrafiki ilə işləyib və işləməyə davam edir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.