Aparılan elmi araşdırmalar göstərir ki, balığın müntəzəm qəbulu uşaqlarda intellekt səviyyəsinin (IQ) artmasına səbəb ola bilər. Mütəxəssislərin rəyinə görə, bu məhsulun gündəlik rasiona daxil edilməsi IQ göstəricisini orta hesabla 8 bal yüksəldir.
Balıq orqanizm üçün asanlıqla mənimsənilən zülal və yağların, həmçinin B qrupu vitaminlərinin, yod, selen və digər vacib mineralların mühüm mənbəyidir. Onun tərkibindəki çox doymamış yağ turşuları beynin və sinir sisteminin inkişafında xüsusi rol oynayır.
Müşahidələr göstərir ki, uşaqlıqdan balıqla qidalananların neyrokognitiv inkişafı, həmçinin nitq və motor bacarıqları daha güclü formalaşır.
Mütəxəssislər valideynlərə uşaqların menyusuna balığı körpəlik dövründən – təxminən 8-ci aydan etibarən kiçik porsiyalarla əlavə etməyi məsləhət görürlər. Bir yaşdan yuxarı uşaqlar üçün isə həftədə 2-3 dəfə 70-100 qram balıq yemək optimal hesab olunur.
Həm dəniz, həm də çay balıqları faydalı sayılır və onların balanslı şəkildə istifadəsi tövsiyə edilir. Eyni zamanda, mütəxəssislər balığın dəniz məhsulları ilə əvəzlənməsinin doğru olmadığını bildirirlər. Çünki krab, karides, kalmar və midiya kimi məhsullar yüksək allergenlik riskinə görə azyaşlıların menyusuna daxil edilməməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.