AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Apple-ın ilk qatlana bilən iPhone-u sınaq mərhələsinə keçib

  • + A
  • - A
  • Bu gün, 20:22

    Apple-ın ilk qatlana bilən iPhone-u sınaq mərhələsinə keçib

    Apple ilk qatlana bilən iPhone-un prototiplərini bir sıra ölkələrin mobil operatorlarına test üçün göndərib. Məlumata görə, cihazın hazırlanması və istehsala hazırlıq prosesi sürətlə irəliləyir.

    Yeni model yüksək möhkəmliyə malik maye metal menteşə ilə təchiz olunacaq. Prototiplərin operatorlara göndərilməsi cihazın mobil şəbəkələrlə uyğunluğunun və sertifikatlaşdırma prosesinin yoxlanılması üçün vacib mərhələ hesab olunur.

    İddialara görə, qatlana bilən iPhone 7,8 düymlük daxili, 5,5 düymlük xarici ekran, A20 prosessoru, C2 modemi, Touch ID skaneri və iki əsas kamera ilə təqdim ediləcək. Cihazın iPhone 18 Pro və iPhone 18 Pro Max ilə birlikdə təqdim olunacağı, qiymətinin isə təxminən 2 min dollar olacağı gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR