Merkuri yaranandan bu yana 10 kilometrdən çox “arıqlayıb”

Merkurinin təxminən 4,6 milyard il ərzində daxili strukturunda baş verən dəyişikliklər nəticəsində radiusunun 10 kilometrdən çox azaldığı müəyyən edilib.
Araşdırma Yaponiyanın Hokkaydo Universitetinin alimləri tərəfindən aparılıb. Qaku Nişiyamanın rəhbərlik etdiyi elmi heyətin nəticələri ABŞ-nin “Geophysical Research Letters” jurnalında dərc olunub.
Alimlərin qənaətinə görə, Merkurinin daxili hissəsinin soyuması və sıxılması planetin tədricən kiçilməsinə gətirib çıxarıb. Bu proses səthdə geoloji qırışıqların yaranması ilə müşayiət olunub.
Lakin planetin səthindəki meteorit kraterləri və qədim lava örtükləri həmin izlərin bir qismini gizlədib. Bu isə Merkurinin ölçülərindəki dəyişikliklərin dəqiq hesablanmasını çətinləşdirib.
Yeni analiz metodunun tətbiqi nəticəsində hazırda təxminən 2 440 kilometr radiusa malik olan Merkurinin yaranışından etibarən 10 kilometrdən çox kiçildiyi hesablanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.