İngiltərədə ölümə səbəb olan pələnglə bağlı qərar

Park rəhbərliyi heyvanın öldürülməyəcəyini bildirib
İngiltərənin Yorkşir Vəhşi Təbiət Parkında bir kişinin ölümü ilə nəticələnən pələng hücumundan sonra heyvanın öldürülməməsinə qərar verilib.
Hadisə Donkaster şəhəri yaxınlığında baş verib. Məlumata görə, ziyarətçi təhlükəsizlik baryerini keçərək beş yaşlı “Altay” adlı Sibir pələnginin olduğu əraziyə daxil olub. Kişinin pələnglə foto çəkdirmək istədiyi bildirilir.
Heyvanın hücumu nəticəsində kişi hadisə yerində həyatını itirib. Təcili tibbi yardım əməkdaşlarının müdaxiləsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Hadisədən sonra park boşaldılıb və polis araşdırmaya başlayıb. Park rəhbərliyi pələngin sağlam olduğunu və öldürülməyəcəyini bəyan edib. Hadisənin başvermə səbəbləri araşdırılır.
[video=]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.