AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Arşın mal alan filmi Çini necə fəth elədi

  • + A
  • - A
  • 1-05-2021, 23:21


    Zaur Əliyev,
    Dosent

    Dahi bəstəkar Üzeyir bəy Hacıbəyovun məşhur operası "Arşın mal alan filmi" dünyanın bir çox dillərinə tərcümə edilib və eyni zamanda dünyada çoxsaylı ölkələrdə nümayiş etdirilib. Bu filmə çoxumuz baxmışıq və çox az adam bilir ki, filmin çəkilməsi Amerika ilə idealoji müharibəyə görə birbaşa Stalinin əmri ilə olub. 1944-cü ildə Sovet ordusu Almaniya ilə müharibədə qalib gəlməyə başlayaraq artıq Avropanı azad etməyə baçlaylr. Stalin kinematoqrafçılardan qalib obrazını-faşizm üzərində qələbə çalmış, ölkələri azad etmiş qüdrətli Sovetlər ölkəsini dünyada müsbət obrazda təqdim etməli idi. Stalinin əmri qısa və konkret idi "Çəkiləcək film Hollivudu geridə qoymalı idi" Ölkənin bütün kinostudiyaları rəhbərin əmrini yerinə yetirmək üçün səfərbər olsa da, 1945-ci ildə bu işi yalnız "Azərbaycanfilm" həyata keçirdi...
    Arşın mal alan filmi Çini necə fəth elədi

    Çəkilən film o qədər Stalinin xoşuna gəlir ki, film 140 ölkədə tamaşaçılara göstərilir və Çində də bunun premyerası olur. 1945-ci ildə filmə Çinin lideri Mal Tszedun da baxır. Film onun o qədər xoşuna gəlir ki, filmin baş qəhrəmanı Əsgər bəyi oynayan Rəşid Behbdovu Çinə dəvət edir. 3 ay Çində qastrol səfərində olan Rəşid Behbudovun baş rolda çəkildiyi filmə 8 milyon tamaşaçı baxır və hər yerdə onu alqışlarla qarşılayıblar.

    Çində "Arşın mal alan"ın uğurunu görən Mao Tszedun Azərbaycan operettasının Çin versiyasını çəkmək barədə göstəriş verdi və 1952-ci ildə "Örtük altında məhəbbət" filmi ekranlara çıxdı (çinlilər "çadra"ya "örtük" deyir).
    Mao-nun əmri ilə baş qəhrəman mütləq Rəşid Behbudova oxşamalı idi və buna görə də Çin versiyasında baş rolun aktyoru Əsgər obrazını oynayan zaman onu elə qrimləmiş idilər ki, o, Rəşid Behbudova oxşayırdı. Eyni zamanda Çin rəhbərinin tapşırığı ilə Çin versiyasında oynayan aktyorlar Bakıya gəlib tamaşaya burda da baxıb obrazları əzbərləməli idilər.
    Film eyni zamanda Çin dilində disk formasında buraxılıb satışa verilir. Çin versiyası ilə yanaşı Azərbaycanın çəkdiyi film ölkənin hər yerində göstərilir və hətta Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası Pekində Çin dilində ilk dəfə 1959-cu ildə "Tantsiyao" Teatrının səhnəsində tamaşaya qoyulmuş və o vaxtlar Çinin paytaxtında səhnəyə qoyulan ilk xarici operettaya çevrilmişdir.
    1959-cu ilin sonuna operettanı Çində artıq 3 peşəkar truppa səhnələşdirir. Yuxarıda qeyd edilən teatrdan başqa Uxan eksperimental opera teatrı və Tyanczin milli bədii teatrı bu əsəri nümayiş etdirir. Yerli mətbuat qeyd edirdi ki, operetta tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır.
    Çində yenə də bu tamaşanı sevə sevə səhnələşdirilər..


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR