AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"CinemaPlus”da bu həftənin ən çox gözlənilən filmləri - VİDEO

  • + A
  • - A
  • 19-07-2023, 15:57

    "CinemaPlus”da bu həftənin ən çox gözlənilən filmləri - VİDEO

    İyulun 20-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində Böyük Britaniya və ABŞ-də istehsal olunan və dünyada ən çox gözlənilən iki film nümayiş olunacaq.

    Real hadisələr əsasında çəkilən “Oppenheymer” bioqrafik filmi:

    Bu hekayə İkinci Dünya müharibəsi illərində onun rəhbərliyi altında atom bombası yaradılmış amerikalı fizikin həyatından bəhs edir.

    Kvant mexanikası və nəzəriyyəsi, eləcə də kosmik şüalar fizikası sahəsində çoxsaylı nailiyyətlərə baxmayaraq, Robert Oppenheymer əsasən ölümcül silahların yaradılması sayəsində bütün dünyada geniş tanındı. Məhz ona görə də əvvəlcə onu ABŞ-də, sonra isə bütün dünyada “nüvə bombasının atası” adlandırılmağa başladılar.

    Filmin rejissoru və ssenari müəllifi Kristofer Nolandır. Bu, onun karyerasının ən uzun və son 20 ildə “R” (17 yaşdan aşağı izləyicilərə valideyn müşayiəti tələb olunur) kimi qiymətləndirilən ilk filmdir .

    Baş rolu Killian Mörfi canlandırıb, həmçinin Robert Dauni Junior, Emili Blant, Mett Deymon və başqaları da filmdə rol alıblar.

    Filmin büdcəsi 100 milyon dollardır.

    “CinemaPlus” kinoteatrlar şəbəkəsində film rus və ingilis dillərində nümayiş olunur.



    “Mattel” şirkətinin “Barbi” oyuncaqları seriyası əsasında “Barbi” komediya filmi.

    Filmin rejissoru Qreta Qerviqdir. Barbi və Ken rollarını Marqo Robbi və Rayan Qoslinq canlandırıblar. Həmçinin rollarda Uill Ferrell, Emma Makkey, Simu Lyu və başqaları çəkiliblər.

    “Barbi” gözəllik standartlarına uyğun olmadığı üçün “Barbieland”dən qovulur. Bundan sonra o, real dünyada yeni həyata başlamaq qərarına gəlir və burada mükəmməlliyə yalnız daxili harmoniya ilə nail ola biləcəyini kəşf edir.

    Filmin büdcəsi 145 milyon dollardır.

    “CinemaPlus” kinoteatrlar şəbəkəsində film üç dildə nümayiş olunur: türk, rus və ingilis.

    “CinemaPlus” kino tarixinin ən yaxşı premyeraları ilə sizi sevindirməyə və xoş sürprizlər etməyə həmişə hazırdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR