AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SEPAH: Hörmüz boğazı ABŞ hücumları dayandırılana qədər bağlı qalacaq

  • + A
  • - A
  • Bu gün, 08:34

    SEPAH: Hörmüz boğazı ABŞ hücumları dayandırılana qədər bağlı qalacaq

    İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ İslam Respublikasına qarşı hərbi hücumlarını dayandırana qədər Hörmüz boğazının bağlı qalacağını bəyan edib. Bu barədə İranın dövlət KİV-ləri məlumat yayıb.

    Bəyanatda bildirilir ki, ABŞ hərbi qüvvələri yenidən İranın hərbi bazalarına zərbələr endirib. Vaşinqton bu addımı boğazdan keçid qaydalarını pozduğu iddia edilən gəmilərin qorunması ilə əsaslandırıb. SEPAH isə ABŞ-ın hərəkətlərini məğlubiyyətini və acizliyini gizlətmək cəhdi kimi qiymətləndirib.

    ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper isə kommersiya gəmilərinə hücumlara görə məsuliyyəti İranın üzərinə qoyub.

    Onun sözlərinə görə, son günlər yeddi ticarət gəmisi hücuma məruz qalıb, həmçinin Fars körfəzi regionundakı qonşu ölkələrin ərazilərinə də zərbələr endirilib.

    Xatırladaq ki, bundan əvvəl Yaxın Şərqdə ABŞ-a məxsus qırıcı təyyarələr, pilotsuz uçuş aparatları və Hərbi Dəniz Qüvvələrinin gəmiləri İranın hərbi obyektlərinə yüksək dəqiqlikli zərbələr endirmişdi. Təxminən yeddi saat davam edən əməliyyat zamanı raket bazaları, hərbi dəniz qüvvələrinin obyektləri və sahil müdafiə sistemləri hədəfə alınmışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR