Azərbaycan müstəqil və suveren Fələstin dövlətinin paytaxtı Şərqi Qüds olmaqla yaradılmasını dəstəkləyir. Bu barədə Prezident İlham Əliyev Bakıda Fələstinin Baş naziri Məhəmməd Mustafa ilə görüşündə bildirib.
Prezident vurğulayıb ki, Azərbaycan ardıcıl olaraq müstəqil Fələstin dövlətinin yaradılmasının tərəfdarıdır.
Prezident İlham Əliyev qeyd edib ki, Fələstin Baş nazirinin Azərbaycana səfəri iki ölkə arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə təkan verəcək.
Məhəmməd Mustafa isə Azərbaycanın Fələstin xalqına göstərdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib. O, yaxın vaxtlarda Azərbaycanın Ramallah şəhərində diplomatik nümayəndəliyinin açılacağını da açıqlayıb.
Görüş zamanı tərəflər iki ölkə arasında humanitar və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də birgə layihələr üzrə məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.