İordaniya hakimiyyəti konkret və etibarlı təhlükəsizlik təhdidi səbəbindən ölkənin beynəlxalq hava limanında və Əqəbə dəniz limanında təxliyə tədbirləri həyata keçirib.
Bu barədə İordaniyadakı ABŞ səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik riski ilə əlaqədar hava limanı və Əqəbə limanı boşaldılıb. ABŞ səfirliyi İordaniyada olan Amerika vətəndaşlarına həmin istiqamətlərə səfər etməmələri barədə xəbərdarlıq edib.
Səfirliyin bəyanatında deyilir:
"Konkret və etibarlı təhlükəsizlik təhdidi ilə əlaqədar İordaniya hakimiyyəti beynəlxalq hava limanını və Əqəbə dəniz limanını təxliyə edib. Bütün ABŞ vətəndaşlarına həmin istiqamətlərə səfərdən çəkinməyi qətiyyətlə tövsiyə edirik."
Bundan əlavə, ABŞ vətəndaşlarına Yaxın Şərq regionundakı hərbi bazalara səfər etməmələri də tövsiyə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.