Türkiyənin F-16 qırıcıları avqustdan noyabradək Baltikyanı ölkələrin səmasında fasiləsiz döyüş növbətçiliyi həyata keçirəcək.
Məlumata görə, Türkiyə qırıcıları Estoniyanın Emari aviabazasında yerləşdiriləcək. Kontingentin tərkibinə beş F-16 qırıcısı və 181-ci “Pantera” reaktiv eskadrilyasının 76 hərbi qulluqçusu daxil olacaq.
“Qırıcılar gecə-gündüz döyüş hazırlığı vəziyyətində olacaq, hava məkanının pozulması hallarına və naməlum hədəflərə reaksiya verəcək”, - məlumatda bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.