AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vaşinqton Bəyannaməsinin bir ili: Tarixi dönüş

  • + A
  • - A
  • Bu gün, 10:14

    Vaşinqton Bəyannaməsinin bir ili: Tarixi dönüş

    Vaqif Abdullayev Siyasi elmlər doktoru, Professor Sabiq deputat

    Bir il əvvəl - 2025-ci il avqustun 8-də Prezident İlham Əliyevin ABŞ-a səfəri zamanı Vaşinqtonda Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arası uzun illər davam edən münaqişənin yekun həllinə dair mühüm siyasi addım atıldı – sülh sazişinin paraflanması gerçəkləşdi. Eyni zamanda, Cənab İlham Əliyev, Nikol Paşinyan və D.Tramp sülh prosesindən irəli gələn məsələlərə dair Birgə Bəyannaməni imzaladılar.
    Sülh müqaviləsinin paraflanması ilə yanaşı, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalandı ki, bu da iki ölkənin siyasi münasibətlərində son illərin ən mühüm sazişi kimi dəyərləndirilə bilər.




    İlk növbədə, bu sənədlərin imzalanması Azərbaycanın apardığı sülhyönümlü siyasəti və humanizm diplomatiyasını dünyaya təqdim etdi, sülhün regionda yarada biləcək əsaslı yeniliklər, rifah və inteqrasiya mühiti barədə reallıqları bir model kimi tanıtdı.
    Ötən bir il ərzində həmin sənədlərin icrası istiqamətində çox mühüm addəmlar atılıb, sülh prosesinin irəliləməsi, bölgədə kommunikasiyaların açılması, birgə əməkdaşlığın əsasının qoyulması yönündə əsaslı dönüş yaranıb.

    Azərbaycan dövləti Ermənistanın blokdadan çıxması və regional inteqrasiya proseslərinə qoşulması üçün böyük iradə nümayiş etdirib, kommunikasiyaları açıb, digər ölkələrin ərazimizdən tranzitini təmin edib, Ermənistanda neft və yanacaq məhsullarının birbaşa təminatı həyata keçirilməkdədir. Bölgədə faktiki olaraq dayanıqlı sülh arxitekturası qurulmaqdadır.

    Azərbaycan Başinqton Bəyannaməsinin müddəalarını nəzərdə tutulandan da əhatəli şəkildə icra etməkdədir.
    Ermənistan hakimiyyəti, Paşinyan komandası ölkədəki pozucu və anti-Azərbaycan qüvvələrinin təxribat və təhriklərinə baxmayaraq, cəsarətli islahatlar həyata keçirərək bölgədəki kommunikasiya və inteqrasiya layihələrinin irəliləməsinə nail olub.

    Donald Trampın adını daşıyan TRİPP layihəsinin texniki əsaslandırılması yekunlaşıb və fiziki işlərə başlanmaqdadır. Artıq ABŞ hökuməti də bir neçə gün əvvəl əlavə maliyyə tranşını təmin etməklə Zəngəzur dəhlizinin reallşaması yönündə institisioanl-siyasi dəstəyini möhkəmləndirdi.
    Birgə Bəyannaməyə əsasən, Ermənistan hökuməti üzərinə digər öhdəliklər də götürüb ki, onlardan ən mühümü ölkə Konstitusiyasını beynəlxalq hüquq normalarına uyğunlaşdırmsıdır. İrəvan bu istiqamətdə konkret praktiki addım atmaqla yekun sülhz sazişinin imzalanmasını tezlləşdirə bilər. Bu isə Azərbaycan və Ermənistan arasında birbaşa təmasların qurulması, Cənubi Qafqazın birgə ümumi inkişafında köklü yeni dövrün başlanması, ABŞ və digər dövlətlərin bölgədə iri layihələrdə təmsil olunması üçün də geniş qapıların açılması deməkdir.

    Son bir ildə Bakı-Vaşinqton münasibətlərdində də əsaslı dönüş baş verdi, siyasi, iqtisadi, diplomatik münasibətlərin keyfiyyətcə yeni dövrü başlandı. Bayden Administrasiyasının məntiqsiz siyasəti nəticəsində soyumuş əlalərdə tamamilə müsbət dinamika, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan birgə etimad mühiti, dostluq və güclü siyasi dialoq formalaşdı, yaxın strateji tərəfdaşlıq möhkəmləndi.
    D.Tramp İlham Əliyevi bu müddətdə bir neçə dəfə yaxın dost və güclü siyasi lider adlandıraraq ABŞ-Azərbaycan münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib.

    Son bir ildə ABŞ-ın yükək vəzifəli dövlət nümayəndələrinin, hökumət üzvlərinin, ələlxüsus da vitse-prezident Devid Vensin Azərbaycana səfərləri, habelə Azərbaycan hökumət üzvlərinin Vaşinqtona səfərləri münasibətləri ən yüksək səviyəyyə çatdırmaqdadır.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR