Cənubi Koreya Ukraynaya ölümcül silahların tədarükünə qoyduğu qadağanı qüvvədə saxlayır. Kiyev Seuldan hava hücumundan müdafiə sistemləri və digər hərbi yardım istəsə də, Cənubi Koreya bu məsələdə mövqeyini dəyişməyib.
Yonhap xəbər verir ki, Cənubi Koreya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsi ölkədən digər dövlətlərə müdafiə təyinatlı materialların ixracının milli qanunvericiliyə ciddi şəkildə uyğun həyata keçirildiyini bildirib.
Bununla yanaşı, Seul Ukraynaya enerji, infrastruktur, tibb və təhsil sahələrində dəstəyini davam etdirəcəyini və sülhün bərpasına yardım imkanlarını nəzərdən keçirəcəyini açıqlayıb.
Cənubi Koreya prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Vi Son Lak daha əvvəl Seulun Ukraynaya 100 milyon dollar həcmində humanitar yardım göstərəcəyini bildirmişdi.
Məlumata görə, Cənubi Koreya bu il Avropaya silah tədarükündə ABŞ-ı da geridə qoyaraq lider mövqeyə yüksəlib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.