İsrail hakimiyyəti Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın daxil olduğu yeni regional ittifaqın formalaşmasından narahatdır.
İsrailin kənd təsərrüfatı naziri Avi Dixter bildirib ki, Yaxın Şərqdə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın iştirakı ilə yeni ittifaqın yaranması fonunda Təl-Əviv son dərəcə ehtiyatlı davranmalıdır.
“Bu, İsrail üçün çox, çox problemli ittifaqdır”, – deyə nazir vurğulayıb.
Dixter ittifaqa Misirin də qoşula biləcəyini ehtimal edib.
O, əvvəllər mövcud olmuş İran–İraq–Suriya–Livan oxunun artıq mövcud olmadığını xatırladaraq, hazırda yeni ittifaqın formalaşdığını bildirib və maksimum ayıqlığın vacibliyini qeyd edib. Nazir xüsusilə Pakistanın nüvə silahına malik olmasının vəziyyəti daha da həssas etdiyini vurğulayıb.
“Bu, yalnız ABŞ kimi qlobal supergüclə müttəfiqliyin zəruriliyini daha da artırır”, – Avi Dixter deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.