AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran Prezidenti: "Xamenei tam sağlamdır"

  • + A
  • - A
  • Bu gün, 20:43

    İran Prezidenti: "Xamenei tam sağlamdır"


    İran Prezidenti Məsud Pezeşkian ölkənin ali lideri Möctəba Xameneinin səhhətinin əla olduğunu açıqlayıb.

    Pezeşkian bildirib ki, bir gün əvvəl Xamenei ilə görüşüb və görüş zamanı ali lider fiziki baxımdan tam sağlam vəziyyətdə olub.

    “Görüş zamanı o, fiziki cəhətdən tamamilə sağlam idi”, – deyə İran Prezidenti bildirib.

    Pezeşkian görüşün yeddi-səkkiz saat davam etdiyini də qeyd edib.

    Xatırladaq ki, Xameneinin ofisi bir gün əvvəl ali liderlə prezident arasında üç aydan sonra ilk görüşün keçirildiyini açıqlamışdı. Görüşdə ölkənin iqtisadi vəziyyəti, ABŞ-la münaqişə və xarici tərəfdaşlarla əməkdaşlıq da daxil olmaqla bir sıra aktual məsələlər ətraflı müzakirə olunub.

    Möctəba Xamenei ilə Məsud Pezeşkian arasında ilk görüş mayın 7-də baş tutub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR