Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində bir sıra mühüm layihələrin təqdimatı və təməlqoyma mərasimləri keçirilib.
Səfər zamanı dövlət başçısı və birinci xanım əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.