AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyur

  • + A
  • - A
  • Bu gün, 12:03

    Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyur

    Akademik İbrahim Cəfərov

    Naxçıvan tarix boyu Azərbaycanın siyasi, mədəni və strateji həyatında xüsusi yer tutub. Bu qədim diyar yalnız coğrafi baxımdan Azərbaycanın ayrılmaz hissəsi deyil, həm də ölkənin dövlətçilik tarixinin, milli yaddaşının və geosiyasi gələcəyinin mühüm ünvanlarından biridir. Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri də məhz bu baxımdan diqqət çəkir. Səfər zamanı təqdim olunan layihələr, verilən mesajlar və imzalanan qərarlar Naxçıvanın gələcək inkişafının artıq yalnız ayrı-ayrı layihələr deyil, daha geniş və sistemli konsepsiya əsasında qurulduğunu göstərir.
    Səfərin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, dövlət başçısının Naxçıvanda keçirdiyi görüşlər və tanış olduğu layihələr sosial məsələlərdən sənayeləşməyə, şəhərsalma siyasətindən nəqliyyat infrastrukturuna, enerji təhlükəsizliyindən məşğulluğa qədər geniş bir istiqamətləri əhatə edib.

    Səfər çərçivəsində Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlinin qoyulması da diqqət çəkən hadisələrdəndir.
    Bu layihə Naxçıvanda sosial siyasətin yeni mərhələsini nümayiş etdirən nümunələrdən biri kimi qiymətləndirilir .Çünki şəhərin inkişafı yalnız iqtisadi göstəricilərlə ölçülmür. Yeni yaşayış komplekslərinin yaradılması, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması və sosial infrastrukturun yenilənməsi birbaşa insanların həyat keyfiyyətinə təsir göstərir.
    Belə layihələr həm də gənc ailələrin, sosial həssas qrupların və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların gələcək imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.

    Prezident İlham Əliyev son illərdə Naxçıvanın inkişafını Qarabağ və Şərqi Zəngəzurun inkişafı ilə birlikdə nəzərdən keçirir. Dövlət başçısı bu ərazilərin iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik baxımından vahid böyük məkana çevrilməsinin vacibliyini vurğulayıb.
    Bu yanaşmanın arxasında ciddi geoiqtisadi məntiq dayanır.
    Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın əsas hissəsində yeni iqtisadi və nəqliyyat imkanları yaradır. Naxçıvan isə Azərbaycanın qərb istiqamətində mühüm strateji mövqeyə malikdir. Bu ərazilərin nəqliyyat bağlantılarının və iqtisadi əlaqələrinin gücləndirilməsi ölkənin yeni regional inkişaf xəritəsini formalaşdıra bilər.
    Bu baxımdan Naxçıvanda həyata keçirilən layihələrə yalnız muxtar respublikanın regional inkişafı kimi baxmaq düzgün olmaz. Burada daha böyük milli və regional strategiyanın elementləri görünür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR