AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Almaniyada Leypsiq hava limanındakı dron insidentində Ukraynanın əli ola biləcəyi istisna edilmir

  • + A
  • - A
  • Bu gün, 20:22

    Almaniyada Leypsiq hava limanındakı dron insidentində Ukraynanın əli ola biləcəyi istisna edilmir


    Almaniyada istintaqçılar Leypsiq/Halle hava limanında baş verən dron insidentinin Rusiyanı nüfuzdan salmaq məqsədilə Ukrayna tərəfindən təşkil edilmiş “yalan bayraq” əməliyyatı ola biləcəyi versiyasını istisna etmirlər. Bu barədə Die Zeit qəzeti mənbələrinə istinadən məlumat yayıb.

    Nəşrin məlumatına görə, bu, istintaqın nəzərdən keçirdiyi versiyalardan biridir. İstintaqçılar ehtimal edilən hücumun sifarişçisinin xarici dövlət ola biləcəyini düşünürlər.

    Jurnalistlərin yazdığına görə, Ukraynanın dronlardan istifadə sahəsində böyük təcrübəsi var və Kiyev hadisəni Rusiyanın əməliyyatı kimi göstərərək Almaniya ictimaiyyətini “Rusiyaya qarşı mübarizəyə cəlb etməyə” çalışmış ola bilər.

    Bununla belə, materialda bu versiyanın müəyyən suallar doğurduğu da qeyd olunur. Belə ki, Berlin onsuz da Ukraynaya ən böyük yardımlardan birini göstərir. Bundan əlavə, dronun partlaması halında Ukraynaya məxsus An-124 yük təyyarəsinin zərər görməsi mümkün idi.

    Qeyd edək ki, avqustun 5-də Leypsiq/Halle hava limanında partlayıcı maddə daşıyan pilotsuz uçuş aparatı aşkarlanıb. Bild qəzetinin məlumatına görə, alçaqdan uçan dron Ukraynaya məxsus An-124 yük təyyarəsinin bilavasitə yaxınlığında müşahidə edilib.

    İstintaq zamanı müəyyən olunub ki, hava limanında aşkarlanan PUA-nın üzərində təxminən 800 qram partlayıcı maddə olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR