Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatı Arman Yeqoyan bildirib ki, hazırda Avrasiya İqtisadi İttifaqından (Aİİ) hər hansı ölkənin xaric edilməsi üçün konkret mexanizm mövcud deyil.
Onun sözlərinə görə, Aİİ qanunvericiliyində üzv ölkənin ittifaqdan məcburi şəkildə çıxarılmasını nəzərdə tutan müddəa yoxdur. Ermənistan yalnız özü təşəbbüs göstərdiyi və ittifaqdan çıxmaq prosesinə başladığı halda Aİİ üzvlüyünü dayandıra bilər.
Yeqoyan həmçinin qeyd edib ki, gömrük ittifaqı çərçivəsində ticarətə mane olan sanksiyalar, gömrük rüsumları və qadağalar tətbiq edilə bilməz.
Xatırladaq ki, daha əvvəl Aİİ-yə üzv ölkələr Ermənistan rəhbərliyini Aİ-yə qoşulmaq və ya Aİİ-də qalmaq məsələsi ilə bağlı referendum keçirməyə çağırıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.