AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putin və Paşinyan Bişkekdə görüşəcək: gündəmdə Rusiya-Ermənistan münasibətləri

  • + A
  • - A
  • Bu gün, 20:39

    Putin və Paşinyan Bişkekdə görüşəcək: gündəmdə Rusiya-Ermənistan münasibətləri


    Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammiti çərçivəsində görüşü gözlənilir. Görüşdə əsas diqqətin iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyətinə yönələcəyi bildirilir.

    Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Putin və Paşinyan görüş zamanı ikitərəfli gündəmdəki məsələləri müzakirə edəcəklər.

    Peskov Ermənistan hökumət başçısının Bişkekə səfərinin ölkədə müxalifət nümayəndələrinin saxlanılması və Ermənistan-Rusiya münasibətlərinin dəyişdiyinə dair son açıqlamalar fonunda baş tutmasına da münasibət bildirib.

    Kremlin nümayəndəsi qeyd edib ki, yaranmış vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirəsi üçün görüş yaxşı fürsətdir.

    Peskov həmçinin təsdiqləyib ki, Rusiya lideri ilə Ermənistanın baş naziri arasında danışıqlarda iki ölkə münasibətlərindəki son proseslər də mütləq müzakirə olunacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR