AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putin: "Silahlı münaqişələrin təhrik edilməsini dünya praktikasından çıxarmaq lazımdır"

  • + A
  • - A
  • Bu gün, 11:26

    Putin: "Silahlı münaqişələrin təhrik edilməsini dünya praktikasından çıxarmaq lazımdır"

    Rusiya lideri Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı silahlı münaqişələrin təhrik edilməsinə yol verilməməsinə çağırıb.
    Putin bildirib ki, sentyabrın 1-i İkinci Dünya müharibəsinin başladığı gündür və bu baxımdan dünya təcrübəsindən silahlı münaqişələrin hər hansı formada təhrik edilməsini çıxarmaq üçün bütün səylər göstərilməlidir.
    “Əminəm ki, bizim fəaliyyətimiz məhz buna xidmət edir”, – deyə Rusiya prezidenti vurğulayıb.
    Rusiya lideri həmçinin ŞƏT-in İnkişaf Bankının maliyyə sistemlərini beynəlxalq münasibətlərdə birtərəfli üstünlüklər əldə etmək üçün “silah” kimi istifadə edən ölkələrdən maksimum dərəcədə müstəqil olmasının vacibliyini qeyd edib.
    Onun sözlərinə görə, ŞƏT-in İnkişaf Bankı iqtisadi alətlərdən siyasi məqsədlər üçün istifadə edən dövlətlərin maliyyə sistemlərindən asılı olmamalıdır.
    Azadmedia.az xatırldıd ki, ŞƏT sammiti avqustun 31-dən sentyabrın 1-dək Bişkekdə keçirilir. Tədbirdə 17 dövlətin liderləri, həmçinin beynəlxalq təşkilatların baş katibləri iştirak edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR