AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının XI konfransı keçirilib

  • + A
  • - A
  • Dünən, 18:37

    Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının XI konfransı keçirilib

    Sentyabrın 12-də Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının XI konfransı keçirilib.
    Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
    Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
    Konfransda YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan mühüm tarixi nailiyyətlər qazanıb. Qeyd olunub ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ildə keçirilən birgünlük lokal xarakterli antiterror tədbirlərində əldə olunan şanlı qələbələr nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir.
    Təşkilat sədri vurğulayıb ki, hesabat dövründə rayon təşkilatı partiyanın ideya və prinsiplərinin təbliği, ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, partiya üzvləri ilə əlaqələrin genişləndirilməsi, gənclərin və qadınların ictimai-siyasi fəallığının artırılması istiqamətində ardıcıl iş aparıb.
    Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişaf proqramının uğurla reallaşdırılması bölgələrin hərtərəfli inkişafını təmin edib. O, Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvə olduğunu, YAP Tovuz rayon təşkilatının da hesabat dövründə rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini və qarşıya qoyulan vəzifələrin icrasına öz töhfəsini verdiyini qeyd edib.
    YAP Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputatı Nizami Səfərov Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı tarixi nailiyyətlərdən bəhs edib. O, rayon təşkilatının hesabat dövründə fəaliyyətini müsbət qiymətləndirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
    YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatı qarşıya qoyulan vəzifələrin səmərəli icrası istiqamətində məqsədyönlü iş aparır.
    Tədbirdə, həmçinin “Fariz Ələkbərov küçəsi” ərazi partiya təşkilatının sədri Aysel Quliyeva, Hacıalılı kənd ərazi partiya təşkilatının sədri Sahib Quliyev, Vətən müharibəsi iştirakçısı Eyvaz Süleymanov və Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktor müavini Lamiyə Namazova çıxış ediblər.
    Konfransda YAP Tovuz rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
    Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR