AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şeyxülislamdan süni intellektlə bağlı açıqlama

  • + A
  • - A
  • Bu gün, 14:54

    Şeyxülislamdan süni intellektlə bağlı açıqlama

    A.Paşazadə dini sahədə etik kodeksin əhəmiyyətini qeyd edib

    Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə süni intellektin ibadət prosesində insanı əvəz etməməli olduğunu bildirib.

    “Report”un verdiyi xəbərə görə, o, bu barədə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı danışıb.

    A.Paşazadə qeyd edib ki, süni intellektin insan həyatına geniş şəkildə sirayət etməsi yeni imkanlarla yanaşı, yeni problemlər də yaradır. O, xüsusilə mənəvi-etik hədlərin qorunmasının və mümkün fəsadların qarşısının alınmasının vacibliyini vurğulayıb.

    “Süni intellektin ruhu olmadığı üçün insanı ibadət prosesində əvəz etməməlidir. Bu baxımdan, dini sahədə süni intellektdən istifadənin etik kodeksinin təqdimatını yüksək qiymətləndirirəm”, - deyə QMİ sədri bildirib.

    Şeyxülislam iqlim dəyişikliyi ilə mübarizədə dinlərin roluna da toxunaraq qeyd edib ki, COP29 çərçivəsində Bakıda keçirilən dini liderlərin zirvə görüşünün yekun sənədində bu məsələ ilə bağlı mövqe ifadə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR