Japarov: Azərbaycanın sədrliyi əməkdaşlığa yeni təkan verəcək

Qırğızıstan Azərbaycanın sədrliyinə dəstək verməyə hazırdır
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın 2027-ci ildə Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət Görüşünə ilk dəfə sədrliyinin mühüm əhəmiyyət daşıdığını bildirib.
Sadır Japarov bu barədə Avazada keçirilən 8-ci Məşvərət Görüşünün açılışında çıxış edərkən danışıb.
O, Azərbaycan Prezidenti İlham Əliyevi sədrliyin qəbul edilməsi münasibətilə təbrik edib.
Qırğızıstan Prezidenti Azərbaycanın sədrliyinin birgə fəaliyyətə və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yeni təkan verəcəyinə əminliyini ifadə edib və ölkəsinin bu istiqamətdə dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.