Prezident MDB-nin rolunu vurğulayıb

İlham Əliyev Laçında aparılan bərpa işlərindən danışıb
“Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir”.
Prezident İlham Əliyev bu fikirləri Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı səsləndirib.
Dövlət başçısı bildirib ki, MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı və üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi üçün mühüm platformadır.
İlham Əliyev humanitar əməkdaşlığın əhəmiyyətinə də toxunub. O, Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsinə dəstək göstərən dövlət başçılarına təşəkkür edib.
Prezidentin sözlərinə görə, ötən il Laçında təşkil olunan genişmiqyaslı tədbirlər qonaqlara bölgənin qədim və zəngin tarixini tanımaqla yanaşı, şəhərdə aparılan bərpa işlərinin miqyasını və sürətli dirçəliş prosesini müşahidə etmək imkanı verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.