AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ramiz Mehdiyevin əmlakları müsadirə edilib: siyahıda nələr var?

  • + A
  • - A
  • Bu gün, 10:11

    Ramiz Mehdiyevin əmlakları müsadirə edilib: siyahıda nələr var?

    Ramiz Mehdiyevin əmlakları müsadirə edilib: siyahıda nələr var?

    Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin müsadirə olunan əmlaklarının əhatə dairəsi genişdir. Siyahıda yüzlərlə hektar torpaq sahəsi, villalar, ticarət mərkəzləri, yaşayış binaları, şirkətlər və bank sektorunda paylar yer alır.

    Xatırladaq ki, Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib, lakin onun cəzası şərti hesab olunub.

    Müsadirə olunan əmlaklar arasında aşağıdakılar göstərilir:

    Torpaq sahələri: Novxanıda üzüm bağları, Bakı, Abşeron və Goranboy rayonlarında ümumilikdə 216 hektar kənd təsərrüfatı torpağı, Novxanıda 155 hektar və Xınalıq kəndində 50 hektar torpaq sahəsi.

    Ailə üzvlərinin adına olan torpaqlar: Qalina Mehdiyevanın adına Maştağada 892 sot, Kamilə Əliyevanın adına isə 240 sot torpaq sahəsi.

    Media və digər şirkətlər: “Digital Media” MMC, NLT MMC, “Premium Store” MMC, “İnfonet” MMC və “Caspian Telekom” MMC. 2008-ci ildə qeydiyyata alınan “Digital Media” MMC “Media FM” radiostansiyasının sahibidir. Şirkətdə Ramiz Mehdiyevin nəvəsi Nigar Mehdiyevanın da payı olduğu bildirilir.

    Daşınmaz əmlak və ticarət obyektləri: İstiqlaliyyət küçəsi, 11 ünvanında yerləşən mənzil, Dilarə Əliyeva küçəsi, 251A ünvanındakı obyektlər, “Topaz” və “Qala-R.L.” MTK-ları, “Grand Palace”, “Astoriya” və “Qrandezza Ticarət Mərkəzi”.

    Siyahıda “Astoriya Tibb Mərkəzi” MMC də var. Bu müəssisənin 2020-ci ildən “German Hospital” adı ilə fəaliyyət göstərdiyi qeyd olunur. 2014-cü ildə açılan “Qrandezza Ticarət Mərkəzi”nin sahəsi 5 min kvadratmetrdən çoxdur. Həmçinin “Sədərək” və “Binə” ticarət mərkəzlərində paylar göstərilir.

    Bank sektoru: Nizamnamə kapitalı 50 milyon manat olan “BTB” ASC, “BTB Lizinq” ASC və “BTB Kapital İnvestisiya Şirkəti” ASC. Məlumata görə, “BTB” ASC-nin səhmlərinin 75 faizi Ramiz Mehdiyevin nəvəsinə məxsusdur.

    Nəşriyyat və yaşayış binaları: “Şərq-Qərb Nəşriyyat Evi” MMC, “Qlobal East West” MMC, eləcə də Əhmədli qəsəbəsində nəşriyyatın ərazisində inşa edilmiş 408 mənzilli, 16 mərtəbəli bina və yaxınlıqdakı digər 16 mərtəbəli yaşayış binası.

    Villalar və bağ evləri: Tbilisi prospektində yerləşən, 36 sot ərazisi olan və satış qiyməti 8 milyon dollar göstərilən villa, həmçinin Göyçay, Şamaxı və Göygöl rayonlarındakı bağ evləri.

    Qeyd edək ki, sadalanan əmlak və şirkətlərlə bağlı məlumatlar təqdim olunan siyahıya əsaslanır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR