AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezidentdən korrupsiya ilə mübarizədə texnologiyalardan səmərəli istifadə çağırışı

  • + A
  • - A
  • Bu gün, 11:00

    Prezidentdən korrupsiya ilə mübarizədə texnologiyalardan səmərəli istifadə çağırışı

    Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın işğal altında olmuş ərazilərində təbii sərvətlərin qanunsuz istismarının regionun ekologiyasına ciddi ziyan vurduğunu bildirib.

    Dövlət başçısı bu fikirləri Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünün iştirakçılarına müraciətində ifadə edib.

    Prezident qeyd edib ki, işğal dövründə faydalı qazıntı yataqları da daxil olmaqla, Azərbaycanın təbii sərvətləri xarici subyektlərin iştirakı ilə qanunsuz istismar olunub. Bu fəaliyyət nəticəsində əldə edilmiş külli miqdarda gəlirin beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırıldığı bildirilib.

    İlham Əliyev rəqəmsal inkişaf və süni intellektin geniş tətbiqinin korrupsiyaya qarşı mübarizədə imkanları artırdığını, eyni zamanda, yeni korrupsiya formalarının yaranması və rəqəmsal maliyyə alətlərindən sui-istifadə risklərini də artırdığını vurğulayıb.

    Dövlət başçısının fikrincə, hüquq-mühafizə orqanlarının müasir texnologiyalardan səmərəli istifadə etməsi bu cinayətlərin qarşısının alınması və araşdırılması baxımından mühüm rol oynayır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR