Almaniyada saxlanılan azərbaycanlı Azərbaycana ekstradisiya edilib

İnterpol xətti ilə beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı Almaniyada tutularaq ölkəmizə gətirilib.
Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 6-da Almaniyada yeri müəyyən edilərək həbs olunan Nuriyev Elmir Elxan oğlunun Azərbaycana ekstradisiyası həyata keçirilib.
O, 2021-ci ildə bir neçə şəxsi mənzillərini təmir etdirəcəyi vədi ilə aldadaraq onların əmlakını ələ keçirməkdə, xeyli miqdarda ziyan vurmaqda ittiham olunur. Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.2 və 178.4-cü maddələri ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun sorğusu, Ədliyyə Nazirliyinin təqdim etdiyi təminatlar və aparılan danışıqlardan sonra şəxsin Azərbaycana ekstradisiyasına razılıq verilib.
Nuriyev Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin əməkdaşları tərəfindən ölkəyə gətirilib. Məhkəmənin həbs qərarına əsasən, o, istintaq təcridxanasına yerləşdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.