AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çexiya Prezidenti: Ukraynanın NATO-ya daxil olması yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra mümkündür

  • + A
  • - A
  • 20-04-2023, 00:04

    Çexiya Prezidenti: Ukraynanın NATO-ya daxil olması yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra mümkündür

    Çexiya prezidenti Petr Pavel Brüsseldə NATO-nun baş katibi Yens Stoltenbeqlə görüşündən sonra bildirib ki, Şimali Atlantika Alyansı yalnız ölkədə hərbi münaqişə başa çatdıqdan sonra Ukraynanı öz sıralarına qəbul etmək barədə düşünə bilər.
    “Əvvəlcə, döyüşlər bitməlidir, sonra isə mümkün tarixlər barədə düşünməyə başlaya bilərik. Hətta müharibə bitəndə də Ukrayna yenidən sabit ölkəyə çevrilmək üçün öz iqtisadiyyatını və silahlı qüvvələrini bərpa etməli olacaq”, - deyə Petr Pavel vurğulayıb.

    Eyni zamanda, siyasətçi Qərb ölkələrini Ukraynaya uzunmüddətli və hərtərəfli hərbi və maliyyə dəstəyini davam etdirməyə çağırıb. "Bizim Ukraynanı dəstəkləməkdən başqa alternativimiz yoxdur", - Çexiya prezidenti deyib.

    Ukrayna prezidenti Vladimir Zelenski 2022-ci ilin sentyabrında ölkənin sürətləndirilmiş şəkildə NATO-ya daxil olması üçün ərizə təqdim edib. “Financial Times” yazır ki, ABŞ, Almaniya və Macarıstan bəzi ölkələrin alyansın iyul sammitində Ukraynaya NATO-ya daxil olmaq üçün “yol xəritəsi” təqdim etmək cəhdlərinə qəti şəkildə qarşı çıxırlar. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev Ukraynanın alyansa üzvlüyünü rəsmən alana qədər NATO-dan təhlükəsizlik zəmanətləri ilə bağlı əminlik gözləyir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR