AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan və Zelenski Ukraynadakı münaqişənin həllini müzakirə ediblər

  • + A
  • - A
  • 24-07-2023, 22:20

    Ərdoğan və Zelenski Ukraynadakı münaqişənin həllini müzakirə ediblər

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə Ukrayna münaqişəsinin həlli yollarını müzakirə etdiyini bildirib. Azadmedia.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
    Ərdoğan belə bir bəyanatla Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı çıxış edib. O, həmçinin əlavə edib ki, Türkiyə münaqişənin həllinə yardım etməyə hazırdır.
    Kuçmanın keçmiş müşaviri: Zelenski Rusiyanın Odessaya zərbələrinə tab gətirə bilmir
    “İyulun 7-də biz Ukrayna prezidenti cənab Zelenskini qəbul etdik və onunla gündəlikdəki məsələləri müzakirə etdik. Biz onunla 500 gündən artıqdır davam edən müharibənin sona çatması ilə bağlı fikirlərimizi bölüşdük və üzərimizə düşəni etməyə hazır olduğumuzu vurğuladıq”, - deyə Ərdoğan bildirib.
    Xatırladaq ki, Zelenski iyulun 7-də İstanbula səfərə gəlmişdi. Orada o, Ərdoğanla təkbətək formatda danışıqlar aparıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR