AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Ermənistandan göndərilən yük üzərindən şouya imkan vermədi

  • + A
  • - A
  • 27-07-2023, 13:36

    Azərbaycan Ermənistandan göndərilən yük üzərindən şouya imkan vermədi

    Ermənistandan Qarabağa göndərilən "humanitar yük" mənzil başına yetişmədi.


    Avropa Birliyi Qarabağda ciddi humanitar vəziyyətdən dərin narahatlığını bildirib. Nəymiş bu humanitar birliyi narahat edən səbəb? Məlumata görə blokun Ali təmsilçisi Josep Borrel iyulun 27-də bəyanat yayıb. Bəyanatda deyilir ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına baxmayaraq, Laçın dəhlizi yeddi aydan çoxdur bağlanıb.

    Borrel bölgədə tibbi və digər vacib gərəklərin çatışmadığın, artıq tükəndiyini qeyd edərək bildirir ki, Azərbaycan hakimiyyəti Laçın dəhlizi ilə hərəkətin təhlükəsizliyi və azadlığını təmin etməli, böhranın daha da ağırlaşmasıına imkan verməməlidir.

    AB təmsilçisi Azərbaycan hakimiyyətinin Ağdam şəhəri vasitəsilə təchizat təklifini nəzərə aldıqlarını deyir. “Ancaq buna Laçın dəhlizinin yenidən açılmasına alternativ kimi baxılmamalıdır”, – deyən Borrel Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) regionda fəaliyyətini, o cümlədən tibbi təxliyələr və humanitar təchizatı tam bərpa etməyə çağırıb.
    Mister Josep unudur ki, Azərbaycan iyulun ortasında bildirib ki, BQXK zəruri qaydalara riayət etməklə, erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidini davam etdirə bilər.
    İyulun 26-da axşam 19 yük maşını Laçın dəhlizinin girişinə çatıb, ancaq saatlarla orada qalıb. Bakı yükü dəhlizə buraxmayıb. Bir nüansı xatırlatmaq yerinə düşür ki, rəsmi Bakı humanitar yükün göndərilməsi əleyhinə deyil. O torpaqlar Azərbaycana məxsusdur, söz sahibi Azərbaycandır! Azərbaycan Brüsseldə keçirilən görüşdə Qarabağ erməniləri üçün humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunun istifadəsinə dair razılıq əldə edib.

    Şoumenlər eynəyini taxıb yaxşı baxsın, bu məsələ Beynəlxalq Qızıl Xaç Komitəsinin bəyanatında da qeyd olunub.
    Dünən axşam PA rəsmisi Hikmət Hacıyev də bildirdi ki, Ermənistanın Ağdam yolundan istifadə etməkdən imtina etməsi və yalnız Laçın yolundan istifadə etməkdə israr etməsi və bu məsələni siyasiləşdirməsi qəbuledilməzdir.

    Torbada humanitar yardım yox, "pişik" var, görünən...
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR