AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Əkbər Qoşalı - “Qarabağın narahat erməniləri üçün yollar, variantlar bəllidir“ - ÖZƏL

  • + A
  • - A
  • 9-08-2023, 00:33

    Politoloq Əkbər Qoşalı - “Qarabağın narahat erməniləri üçün yollar, variantlar bəllidir“ -



    Ermənistan-Azərbaycan şərti dövlət sərhədinin Laçın postu səmtinə yığılmış “SPAYKA”lar artıq neçə gündür “humanitar şou” göstərməkdədir. Ancaq bu “şou” ilə bizim üçün yaratmaq istədikləri “şok effekti” alınmadı. Məgər diplomatik müşayiətli “tır”ların o tərəfdən bəri, Xankəndidən Laçına doğru isə sülhməramsızların müşayiəti ilə “dinc sakinlər”in yürüşü bizi ortada (və fakt qarşısında!) qoyacaqmış. Öz ağıllarınca “yumşaq güc” fason bir gediş tətbiqi ilə bizə qarşı üstünlük sağlayacaqmışlar. Tam tərsinə oldu (olmaqdadır).

    Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev hələ illər öncədən diplomatlarımız qarşısında çıxış edərkən məhz hücum diplomatiyası ideyası (göstərişi) ilə çıxış etmiş, özü zaman-zaman bunun parlaq örnəklərini yaratmışdı. Ermənilərin “beyin fırtınası” ilə ortalığa çıxardığı, “şok”a hesablanmış bəlli “şou”ya da məhz əks həmlə ilə cavab vermiş olduq. Ən doğrusu da bu idi zatən.

    Birincisi, razılaşdırılmamış - basqın kimi keçidə izn verilmədi;

    İkincisi, Meşəlidə soyqırım aktının iştirakçısı olmuş Vaqif Xaçaturyan, ardınca dövlət sərhədini pozmağa cəhd edən başqa bir yan (Raşid Aramis Begleryan) uhulət-suhulətlə saxlandı;

    Üçüncüsü, bu gedişatlara paralel şəkildə Ağdam-Xankəndi yolunda işlər sürət və keyfiyyətlə davam etdirildi (etdirilir), alternativ - daha əlverişli və uyğun təminat yolu ortaya qoyuldu.

    Əlbəttə, Dövlət baba müxtəlif səviyyəli diplomatik kanallarla, fərqli görüşlərlə də həqiqi durumu, ermənilərin müharibə cinayətlərini beynəlxalq aləmə çatdırmamış deyil.

    Beləliklə, fərqli vektor üzrə olsa da, “şou”nun “şok”a çevrilməsi yaxınlaşır: “SPAYKA”lar “U” dönüşü edib, çıxdıqları yerə qayıdınca, əvəzçıxma ehtirası ilə yaxılanlar növbəti şoku yaşamalı olacaq. Həncəri derlər, şok düşünürdünüz, al, bu da sizə şok!

    Ümumən, ermənilər çox uzaqgörəndir: artıq neçənci dəfədir dedikləri çin olur - amma bir azca fərqlə: demişdilər “tanklarımız Bakıyadək gedəcək” - budur, “Hərbi Qənimətlər Parkı”mızda şil-küt olmuş düşmən texnikası, o cümlədən tanklar boy verməkdədir… Separatçılar işğal illərində bizi yanıyırdı ki, anrı-bəri eləsəniz, bu dəfə “Yevlaxa qədər gələrik”… - nə təvafüqdür ki, indilərdə Qarabağdakı erməni sakinlərin nümayəndələri ilə bizim yetkililərin danışıqlarının məhz Yevlaxda olacağı barədə xəbərlər tirajlanır…

    Yadımdan çıxmamış daha bir məqama da toxunaq: o andıra qalmış “SPAYKA”lardakı ərzaq keçdi-keçmədi, fərq etməz, bəs görəlim axı kimlər üçün gətirilirdi? - Qarabağda vur-tut 25 min erməni mövcuddur, onların da 11 mini məğlub Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusudur. Ermənistan öz hərbi qulluqçusunu bizim ərazimizdə niyə yemləyir - bəyəm yaylağa çıxıblar? Üzərlərinə götürdükləri öhdəlik bir yana, leş və fərarilərinin daha bir neçə min artmasını istəmirsə, yeyəcək daşımayıb, o, 11 min ağzı bir an öncə Qarabağdan rədd etməlidirlər; əgər Qarabağın dinc erməni sakinləri üçün bərk qayğılanırlarsa, bu da bihudədir - onları doyuzdurmağa Azərbaycanın imkanları Ermənistanın çox çox üstündədir. Biz öz sakinlərimizçün heç kəsə humanitar yardım müraciəti etməmişik, edərsək də, o dövlət Ermənistan olmazdı!

    Üçüncüsü, Qarabağdakı sülhməramsızlara yeyəcək-içəcək tədarük ediblərsə, çifayda! Onlar Rusiya Federasiyasını təmsil edir - Ermənistansa həmin Federasiyanın uzunillik forpostu olub (hələ yenicə qucaq dəyişdirmə ərəfəsindədir) - yəni kim kimə yardım etməlidir - aydın məsələdir. Orada sülhməramsız daxil kimlərçünsə acil humanitar dəstək lazım olsa, bunu ərazinin yiyəsindən daha yaxşı kim bacarar? Ərazinin yiyəsi deyir ki, Xankəndi və ətraf bölgələrə nə aparılmalı, oradan nə daşınmalıdırsa, Xankəndi-Ağdam marşurut üzrə hərəkət uyğun görülür. Sülhməramsızı da, “Qırmızı Xaç”ı da, dinc ermənisi də (əgər beləsi varsa) məhz bu yoldan yararlana bilər. Bəs bu yoldan təhlükəsiz gediş-gəliş təminatı ola-ola, nə üçün dağ başı, dərə dibi getmək istəyirlər? Zira o biri yolu da biz çəkmişik, bunu da. Bizim çəkdiyimiz o biri yoldan mina, silah-sursat daşımaqçün, qaçaqmalçılıqçün istifadə etdilər, etdilər, indi qoymuruq. Ağdam səmtlərdən keçidləri minaların, silah-sursatın, işğalın və qanunsuz əməllərin nələr “yaratdığını” yaxından görmələri üçün də çox uyğun marşurutdur…

    Yanlış gedişlər qapanacaq və Ağdam adı Xankəndinə dalğa-dalğa yayılacaq: 90-cı illərin əvvəllərinədək həncəriydisə, öyləsinə…

    Ayrıca, həmin marşurut, bugün-sabah günahsız azərbaycanlıların Xocalıda “silos quyusu”ndakı və digər kütləvi məzarlıqlardakı sümüklərinin eksperizasına gedəcək heyətin də yolu olacaq..! Xaçaturyan(lar)ın özü göstərəcək: kimləri nə vaxt harada necə basdırıblar…

    ***

    Deyirəm, çox keçməz, Qarabağ iqtisadi rayonunun bütün infrastruktur layihələri dibinədək yenilənər və oralara qaz, işıq, telefon, internet və digər təminatlar, (suveren hüquqlarımıza uyğun şəkildə) öz əlimizlə çəkilər və şərti dövlət Ermənistanla qondarma rejim arasındakı bağlar sıfırlanar. Neynəyəcəklər? Bəyirib göyəmi çıxacaqlar?..

    “Göyə çıxmaq” demişkən: umarım, çox keçmədən Xocalı aeroportundan havalanmalar və enişlər də bizim müvafiq qurumların dənətiminə keçər. Ustad Zəlimxan Yaqub demiş, “Bir az gecim, bir az tezim olacaq” amma illa olacaq!

    Uzun sözün qısası, Qarabağın narahat erməniləri üçün yollar, variantlar bəllidir:

    A) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi üçün yubanmadan və kütləvi müraciətlər etmək;

    B) Heç yubanmadan Qarabağı tərk edib, “batan gəmi”yə - şərti dövlət Ermənistana daşınmaq;

    C) Sülhməramsızların və anlamsız “əvəzçıxma” azarına tutulmuşların fitvasına uyub, silah-sursata sarılmağa cəhd edərək, İrəvana aparılacaq leşlərin sayını artırmaq. Ancaq o leşləri aparmaq üçün Xankəndi-Ağdam yolundan keçməli olacaqlar. Biz deyirik, o yolu korlamayın - şəxsiyyət vəsiqəsi almaq ölüm kağızı almaqdan qat-qat üstün deyilmi?


    DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR