AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə Rusiya səfirinin qətlində şübhəli bilinən yeni şəxs saxlanılıb

  • + A
  • - A
  • 15-08-2023, 14:15

    Türkiyədə Rusiya səfirinin qətlində şübhəli bilinən yeni şəxs saxlanılıb

    Türkiyə xüsusi xidmət orqanları Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlində şübhəli bilinən daha bir şəxsi saxlayıb. Həbs əməliyyatı İstanbulda həyata keçirilib. Azadmedia.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

    2016-cı ildə Karlova hücum edən və cinayət yerində ləğv edilən keçmiş polis Mevlütün dostu Mert Altıntaşın həyat yoldaşı nəzarətə götürülüb.

    Nəşr polisdəki mənbələrə istinadən yazır ki, qadın FETÖ üzvüdür. Səfirin qatilini tanıdığı iddia edilən qadın və ərinin tam adları açıqlanmayıb.

    Karlov 2016-cı il dekabrın 19-da Ankarada “Rusiya türklərin gözü ilə” fotosərgisinin açılışında çıxış edərkən qətlə yetirilib.

    Rusiya səfirinin qətli ilə bağlı məhkəmə hökmü 2021-ci ilin martında elan edilib. Beş nəfər ömürlük, daha səkkiz nəfər 5 ildən 15 ilədək azadlıqdan məhrum edilib, altı təqsirləndirilən şəxs bəraət alıb. Digər təqsirləndirilən şəxslərin işi ayrıca icraata ayrılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR