AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səfir Tural Rzayev: "Azərbaycan-Əlcəzair əlaqələri yüksələn xətlə inkişaf edir"

  • + A
  • - A
  • 13-11-2023, 10:50

    Səfir Tural Rzayev: "Azərbaycan-Əlcəzair əlaqələri yüksələn xətlə inkişaf edir"

    Azərbycanın Əlcəzair Xalq Demokratik Respublikasındakı səfiri cənab Tural Rzayevin AzadMedia.az-a müsahibəsi


    - Cənab səfir, artıq bir ilə yaxındır ki, Əlcəzair Respublikasında səfir kimi fəaliyyət göstərirsiz. Diplomatik fəaliyyətinizi necə davam etdirirsiz?

    - Azərbaycanla Əlcəzair Xalq Demokratik Respublikası arasında diplomatik əlaqələr 1994-cü ildə qurulub. Gələn il bu əlaqələrin 40 ili tamam olacaq. Bu yubileyi geniş formada qeyd etmək barədə düşünürük. Qeyd etdiyiniz kimi, bir ilə yaxındır ki, burda səfir kimi fəaliyyət göstərirəm. Onu deyə bilərəm ki, bir il ərzində çox işlər görmüşük. Bildiyiniz kimi, Əlcəzairdəki səfirliyimiz 2016-cı ildə fəaliyyətə başlayıb və bu illər ərzində müəyyən işlər görülüb. Biz də b işləri davam etdiririk və əlaqələrin daha da dərinləşməsi üçün müəyyən səylər göstərmişik. Ən mühüm məsələlərdən biri də bir il ərzində prezident İlham Əliyevin 2022-ci ilin 1 noyabrında Əlcəzairə işgüzar səfər etməsi ilə bağlıdı. Ərəb dövlətləri liqasında fəxri qonaq olaraq həm Azərbaycan Respubliaksının prezidenti, həm də Qoşulmama Hərəkatının sədri olaraq xüsusi dəvət alaarq iclasda çıxış edib. Hətta həmin çıxışın çox böyük əhəmiyyəti olub. Bu gün də əlcəzairlilər həmin çıxışdan tez tez sitat gətirirlər. Prezident öz çıxışında Fransanın kolonializm siyasətinə toxunmuş və bu çıxış çox cəsarətli çıxış olub. Cari ilə gəlincə, Milli Məclisin sədri xanım Sahibə Qafarovanın Əlcəzairə işgüzar səfərini qeyd edə bilərik. İslam Əməkdaşlıq Təşkilatının parlamenti üzvlərinin iştirakı ilə keçirilən iclasda Sahibə xanım çıxış edib. Eyni zamanda, səfər zamanı Əlcəzair Xalq Demokratik Respublikasının parlament sədri ilə görüşüb. Bu cür görüşlərin sayı çoxdur. Qarşılıqlı formada intensiv səfərlərin sayı artıb. Hər iki dövlətin inkişaf etdirilməsində siyasi iradə mövcuddur.

    - Azərbaycan-Əlcəzair əlaqələri hansı sahələr üzrə daha çox inkişaf edib?

    - Hazırda siyasi əlaqələrimiz davam edir və yüksək səviyyədədir. Bir il ərzində mədəni tədbirlər də keçirtmişik. İki ölkə arasında mədəni tədbirlərin inkişaf etdirilməsinin tərəfdarıyıq və müəyyən işlər görürük. Əlcəzairdə keçirilmiş beynəlxalq turizm sərgisində öz stendimizlə Azərbaycan səfirliyi tərəfindən təşil olunan stenddə çıxış etmişik. Azərbaycanın turizm potensialından danışan video çarxlar nümayiş olunub. Azərbaycana xas olan xalçalarımız, kəlağayılarımız, saxsı qablarımız milli mətbəximiz təqdim olunub. Bütün bunlar Made in Azerbaijan brendinin təbliğinə istiqamətlənmiş təşəbbüsümüz idi. Azərbaycan stendi olduqca böyük marağa səbəb oldu. Bildiyiniz kimi, bu il ulu öndər Heydər Əliyevin 100 illiyi qeyd edilir. Bu il əlcəzairli professor Yusif Huri tərəfindən müəllifi olduğu ulu öndərin həyat və fəaliyyətindən bəhs edən kitab çap olunub. Kitabın adı :" Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev" adlanır. Bu kitabın maliyyələşməsində səfirliyimizin də maliyyə dəstəyi oldu. Azərbaycanı ziyarət etməsi üçün müəllifə şərait yaratdıq. Hətta bu kitabın səfirliymizdə təqdimat məraismi də keçirildi. Hər il qeyd etdiyimiz kimi bu il də ayın 8-i zəfər bayramını qeyd etdik. Əlcəzairin siyasi ictimai xadimləri KİV-lər, müxtəlif universitetlərdə çalışan preofessor müəllim heyəti, diplomatlar dəvət olunmuşdu. Ölkələrimiz arasında siyasi mədəni humanitar əlaqələr inkişaf edir. Qarşıdakı il qarşımızda mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulub.

    - Bildiyiniz kimi, Azərbaycan tarixi qələbəsini əldə etdikdən sonra Fransa Cənubi Qafqazda gərginlik yaratmaqda davam edir. Hazırda regionda sülhə ən böyük problem yaradır. Soyqrım siyasətindən əziyyət çəkən əlcəzairlilərin bu barədə fikirləri maraqlıdır.

    - Fransanın kolonializm siyasəti bütün dünyaya bəllidi. Bütün afrikalılar bu siyasəti öz üzərilərində hiss ediblər. Bütün dünya Fransanın necə qəddarlıqlar etdiyini bilir. Məsələn, Əlcəzairdə milyonlarla insan kolonializmin qurbanlarıdır. Əlcəzairin paytaxtının simvolu da şəhidlərin heykəlidi. Ona mücahidlər abidəsi deyirlər. 3 palma yarpağı şəklindədir. Abidənin alt tərəfi muzeydi. Muzeydə Fransanın Əlcəzairdə törətdiyi vəhşiliklər öz əksini tapıb. Bir sözlə, Fransanın soyqırım siyasəti faktlarla sübut olunub. Fransa isə öz əməllərinə görə üzr də istəmir. Əlbəttə ki, ikili standartlar mövcuddur

    - Əlcəzair mediasında Azərbaycanla bağlı məsələlər necə işıqlandırılır?

    - 14 ilə yaxındır ki, səfir vəzifəsində çalışıram. Ondan əvvəl isə müxtəlif diplomatik vəzifələrdə çalışmışam. Xarici təcrübəmlə bağlı onu deyə bilərəm ki, KİV-də aktiv olmaq lazımdır. Sən məlumatı vermədikdə müxtəlif xarici mənbələrdən əldə edirlər. Bu isə qeyri-obyektiv xarakter daşıyır. Azərbaycan haqqında məlumatı France press kimi xəbər agentliklərindən alırlar. Burda isə qərəz özünü göstərir. Biz isə öz fikirlərimizi faktlarla birgə Əlcəzair mətbuatında veririk. Ötən bir il ərzində qərəzli yanaşmaya rast gəlməmişik. Deyə bilərik ki, obyektiv formada məsələlərə yanaşılır. Azərbaycana qarşı müsbət mövqedə olduqlarını da söyləyə bilərəm.

    - Hazırda Əlcəzairdə nə qədər azərbaycanlı yaşayır?


    - SSRİ zamanında bir çox azərbaycanlı mütəxəssis Əlcəzairə gəlib. Bu əsasən neft qaz sahəsində çalışan mütəxəssislərimiz olub. Əlcəzairdə neft sahəsinin inkişafında onların böyük rolu olub. Bu gün də bu sahədə əlcəzairli dostlarımızla danışırıq araşdırma aparırırq. Onların Əlcəzairdə xatirəsinin əbədiləşdirilməsi üçün müəyyən işlərin görüləcəyinə də ümid edirik. Bu cür nümunələr çoxdur. Məsələn, məşhur xalq artistimiz bəstəkar Rauf Hacıyev Əlcəzairin balet sənətinin təməlini qoyub.
    Hazırda Əlcəzairdə həmyerlilərimiz olduqca azdır. Onların arasında aktiv olan cəmi bir iki ailə var. Müəyyən tədbirlər keçirtdikcə bu say artır. Bəziləri səfirliyin qeydiyyatından keçməyib. Amma tədbirlərimiz olanda bizə qatılırlar. Bu da azərbaycanlıların sayının artdığını göstərir. Əlbəttə, biz də buna şad oluruq. Nə qədər çox və birlikdə olsaq o qədər yaxşıdır. Hardasa 15 nəfər azərbaycanlının olduğunu söyləyə bilərəm. Bu rəqəm səfirliyin əməkdaşları xaricindədir. Onların da ailə üzvlərini əlavə etsək 25 nəfər olduğunu söyləmək olar. Əlbəttə 40 milyonluq ölkədə bu olduqca azdır. Burada daha çox azərbaycanlının olduğunu düşünürük və ümid edirik ki onlar da zamanla üzə çıxacaqlar.
    Xəlil Xəlilov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR