AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ədliyyə nazirinin müavini Abiddin Hüseynov bölgələrdə yaşayan vətəndaşların müraciətlərini dinləyib

  • + A
  • - A
  • Bu gün, 16:25

    Ədliyyə nazirinin müavini Abiddin Hüseynov bölgələrdə yaşayan vətəndaşların müraciətlərini dinləyib


    Ədliyyə Nazirliyi vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə mütəmadi olaraq videoqəbullar təşkil edir.

    Sentyabrın 18-də Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini Abiddin Hüseynov tərəfindən Xaçmaz, Gəncə, Göyçay və Lənkəran regional ədliyyə idarələri ilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videokonfrans vasitəsilə qəbul keçirilib.

    Virtual qəbul məntəqələri vasitəsilə keçirilən videoqəbulda Notariat, qeydiyyat və reyestr baş idarəsi və İnsan resursları idarəsinin fəaliyyət istiqamətləri ilə bağlı vətəndaş müraciətləri dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

    Qəbula qatılan vətəndaşlar belə görüşlərin region sakinləri üçün əhəmiyyətini vurğulayıb, operativ həll mexanizmlərindən məmnunluqlarını ifadə ediblər.

    Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün qebul@justice.gov.az elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR