AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Naxçıvanda əməyin mühafizəsi və icbari sığorta mövzuları müzakirə olunub

  • + A
  • - A
  • Bu gün, 16:14

    Naxçıvanda əməyin mühafizəsi və icbari sığorta mövzuları müzakirə olunub

    Naxçıvan Muxtar Respublikasında “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik, iş yerlərinin attestasiyası və icbari sığorta” mövzusunda növbəti maarifləndirici təlim təşkil olunub.

    Təlim Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının təşkilatçılığı və Naxçıvan Muxtar Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşının iştirakı ilə baş tutub.

    Tədbirdə bir müəssisəni təmsil edən 10 nümayəndə iştirak edib.

    Təlimçilər təqdimatlarla çıxış edərək işçilərin əməyinin mühafizəsi, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması mövzusunda ətraflı məlumat veriblər. Bununla yanaşı, müəssisələrdə əməyin mühafizəsi üzrə norma və qaydaların tətbiqi, qəbul edilmiş yeni standartların əhatə etdiyi sahələr, eləcə də Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri barədə iştirakçılar məlumatlandırılıb.

    Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb və onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR