AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ceyhun Bayramov imtahanlarla bağlı əmr imzaladı

  • + A
  • - A
  • 3-01-2019, 11:54

    Ceyhun Bayramov imtahanlarla bağlı əmr imzaladı














    Təhsil naziri Ceyhun Bayramov imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb.
    Əmrin imzalanmasında məqsəd ali və orta ixtisas təhsili müəssisələrində 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməkdir.

    Əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahının yaradılmasını və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etmələri tapşırılıb.
    Eyni zamanda, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol verən şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməlidir. Həmçinin, imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat verməlidirlər.

    Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova tapşırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR