AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda İcra Hakimiyyətinin başçısı Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi

  • + A
  • - A
  • 17-09-2025, 14:44

    Masallıda İcra Hakimiyyətinin başçısı Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi

    Masallı rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçılarını daim diqqətdə saxlayır, onların qayğıları ilə mütəmadi maraqlanmaqla yanaşı yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atır.

    Belə ki, 17 sentyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadiyev, ərazi nümayəndəliyi və media nümayəndələri ilə birlikdə rayonun Sərçuvar kəndində Milli Qəhrəman Səfəralı Məmmədovun anası Şadəstə xanımı evində ziyarət etmişlər.

    Ziyarət zamanı çıxış edən rayon rəhbəri Araz Əhmədov dövlətimizin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıdan söz açmış, Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsinin daim uca tutulduğunu qeyd etmişdir. Azərbaycanın əldə etdiyi tarixi zəfərin şəhidlərimizin misilsiz fədakarlığı sayəsində mümkün olduğunu vurğulamışdır.

    Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinici Vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığlarını bildirmişlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR