“Bu gün Azərbaycan xalqı üçün qürurverici bir tarixdir – suverenliyimizin bərpasına xidmət edən antiterror əməliyyatlarının ildönümünü qeyd edirik. Bu əməliyyatlar nəticəsində dövlətimizin ərazi bütövlüyü bərpa olundu, milli həmrəyliyimiz daha da gücləndi. Əldə edilən qələbə yalnız hərbi və siyasi uğur deyil, eyni zamanda gənc nəslin milli ruhda, vətənə sədaqət və məsuliyyət hissi ilə yetişməsi üçün böyük bir örnəkdir.
Gənclər Anti-Narkomaniya İctimai Birliyi olaraq inanırıq ki, azad və güclü Azərbaycanın gələcəyi sağlam gənclərin əlindədir. Narkotik vasitələrlə mübarizə də milli inkişafımız və dövlətimizin davamlı güclənməsi uğrunda aparılan mübarizənin ayrılmaz tərkib hissəsidir. Bu səbəbdən gənclərin sağlam həyat tərzinə təşviqi və zərərli vərdişlərdən uzaq olması bizim üçün strateji prioritet olaraq qalır.”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.